Mayın 26-da Tbilisidə, Azadlıq meydanında Gürcüstanın Müstəqillik gününə həsr olunmuş mərasim keçiriləcək.
“Report”un Gürcüstan bürosu xəbər verir ki, tədbir çərçivəsində ölkənin hərbi texnikasının bir hissəsi - müxtəlif zirehli maşınlar nümayiş etdiriləcək.
Mərasimə "SU-25" qırıcı təyyarələrinin uçuşları ilə yekun vurulacaq.
Bununla yanaşı, 247 hərbçinin andiçmə mərasimi də təşkil olunacaq.
Koronavirus pandemiyası səbəbindən mərasim genişmiqyaslı olmayacaq.
Tədbir televiziya vasitəsilə canlı yayımlanacaq.