Gürcüstan müxalifəti parlamentin boykot edilməsini dayandırıb

Gürcüstan müxalifəti parlamentin boykot edilməsini dayandırıb Gürcüstanın müxalifət partiyalarının deputatları parlamentə daxil olublar
Region
27 Aprel , 2021 11:49
Gürcüstan müxalifəti parlamentin boykot edilməsini dayandırıb

Gürcüstanın müxalifət partiyalarının deputatları parlamentə daxil olublar.

“Report”un yerli bürosu xəbər verir ki, bununla onlar qanunverici orqanın 6 aylıq boykotuna son qoyublar.

Vahid Milli Hərəkat və Leyboristlər partiyaları parlamentdə təmsil olunmağa hələ razılaşmayıb.

Qeyd edək ki, ötən ilin parlament seçkilərində deputat seçilən müxalifətçilər mandatlarından imtina ediblər. Onlar seçkiləri qeyri-legitim hesab edərək boykota qərar veriblər. Bu il aprelin 19-da hakimiyyət və müxalifət arasında Avropa İttifaqının vasitəçiliyi ilə imzalanmış sazişə müxalifətin qanunverici orqanda təmsil olunması əsas bəndlərdən biri kimi daxil olunub.

Son xəbərlər

Orphus sistemi