Gürcüstan ölkə vətəndaşları üçün karantin müddətini qısaldıb

Gürcüstan ölkə vətəndaşları üçün karantin müddətini qısaldıb “Gürcüstan vətəndaşlarının ölkə ərazisinə daxil olması üçün təhlükəsizlik qaydaları sadələşdirilib”.
Region
29 Yanvar , 2021 13:32
Gürcüstan ölkə vətəndaşları üçün karantin müddətini qısaldıb

“Gürcüstan vətəndaşlarının ölkə ərazisinə daxil olması üçün təhlükəsizlik qaydaları sadələşdirilib”.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin iqtisadiyyat və dayanıqlı inkişaf naziri Natia Turnava bildirib.

Onun sözlərinə görə, ölkə vətəndaşları Gürcüstana daxil olarkən “PCR” testin mənfi nəticəsini təqdim etməlidirlər: “Onlar 8 günlük məcburi özünütəcrid rejimi əvəzinə üç gündən sonra öz hesablarına təkrar testdən keçməli olacaqlar”.

N.Turnava deyib ki, arayış təqdim etməyən Gürcüstan vətəndaşları 12 gün əvəzinə 8 gün müddətinə özlərini təcrid etməli olacaqlar.

Son xəbərlər

Orphus sistemi