Gürcüstan parlamenti “Xarici agentlər haqqında” qanun layihəsini geri götürüb - YENİLƏNİB

Gürcüstan parlamenti “Xarici agentlər haqqında” qanun layihəsini geri götürüb - YENİLƏNİB “Xarici agentlər haqqında” qanun layihəsi Gürcüstan parlamentindən geri götürülüb.
Region
9 Mart , 2023 15:13
Gürcüstan parlamenti “Xarici agentlər haqqında” qanun layihəsini geri götürüb - YENİLƏNİB

Gürcüstanın parlament çoxluğu “Xarici agentlər haqqında qanun layihəsini” ikinci oxunuşda rədd edəcək.

“Report” “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, bunu  “Gürcü arzusu” partiyasının sədri Mamuka Mdinaradze keçirdiyi brifinqdə təsdiqləyib. 

Qeyd edək ki, daha əvvəl “Xarici agentlər haqqında” qanun layihəsinin Gürcüstan parlamentinin gündəliyindən çıxarıldığı bildirilmişdi.

10:19

“Xarici agentlər haqqında” qanun layihəsi Gürcüstan parlamentindən geri götürülüb.

“Report” “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, bu barədə qanun layihəsinin təşəbbüskarı olan hakim “Gürcü arzusu”nun, “Xalqın Gücü” ictimai hərəkatının və parlament çoxluğunun birgə bəyanatında qeyd olunub.

Bildirilib ki, bu, ölkədə sülh və əmin-amanlığı qorumaq üçündür:

“Vətəndaşlarımızın enerjisini qarşıdurmaya deyil, sülhə, ölkəni düzgün istiqamətdə inkişaf etdirməyə sərf etməliyik”.

Qeyd edək ki, martın 7-də Gürcüstan parlamenti birinci oxunuşda Rusiya qanunvericiliyinin analoqu olan “Xarici agentlər haqqında” qanun layihəsini dəstəkləyib. Sənəddə KİV-ə və xaricdən maliyyə alan ictimai təşkilatlara “xarici təsir agenti” statusunun verilməsi təklif edilir.

Bundan sonra Tbilisidə qanun layihəsinə qarşı genişmiqyaslı etiraz aksiyaları başlayıb. Gürcüstan Prezidenti Salome Zurabişvili nümayişçiləri dəstəklədiyini bildirib və qanuna veto qoyacağını vəd edib.

Son xəbərlər

Orphus sistemi