Gürcüstan parlamentində milli azlıqlarla bağlı şura yaradılıb

Gürcüstan parlamentində milli azlıqlarla bağlı şura yaradılıb Şura Gürcüstanda yaşayan 16 icmanı birləşdirəcək
Region
15 Mart , 2021 18:39
Gürcüstan parlamentində milli azlıqlarla bağlı şura yaradılıb
Gürcüstan parlamentinin Diaspor Komitəsinin nəzdində milli azlıqlarla bağlı Elmi-Məsləhət Şurası yaradılıb.
“Report”un yerli bürosu xəbər verir ki, Şura Gürcüstanda yaşayan 16 icmanı birləşdirəcək.
Qurum milli azlıqların qarşılıqlı və effektiv inteqrasiyasını asanlaşdırmaq, onların sistemli problemlərinin həlli istiqamətində fəaliyyət göstərəcək.
Şura həmçinin milli azlıqlardan olan gənclərin işlə təminatı və mədəniyyət sahələri üzrə də çalışacaq.
Deputat Rima Beradze bildirib ki, milli azlıqları təmsil edən vətəndaşlar uzun illərdir Gürcüstanın inkişafına töhfə verirlər. O, yeni təsis olunan Şuranın uğurlu fəaliyyət göstərəcəyinə əminlik ifadə edib.

Son xəbərlər

Orphus sistemi