Gürcüstanın müxalif Vahid Milli Hərəkat Partiyası (VMHP) X çağırış parlamentində təmsilçilikdən rəsmən imtina edib.
“Report”un yerli bürosu xəbər verir ki, partiya əldə etdiyi 36 mandatdan imtina barədə qanunverici orqana müraciət təqdim edib.
VMHP-nin təmsil olunduğu “Güc birlikdədir” birliyinin proporsional siyahısı üzrə Abdulla İsmayılov da deputat seçilmişdi.
Bununla da, qonşu ölkə parlamentində iki soydaşımız kürsü tutacaq. Onlar hakim Gürcü Arzusu Partiyasından Marneuli-Qardabani dairəsi üzrə majoritar qaydada seçilən Zaur Darğallı və proporsional siyahı üzrə mandat əldə edən Savalan Mirzəyevdir.