Arçil Talakvadze Gürcüstanın X çağırış parlamentinin sədri seçilib.
“Report”un yerli bürosu xəbər verir ki, 86 deputat onun namizədliyini dəstəkləyib.
Birinci vitse-spiker Gia Volski, qanunverici orqanın sədr müavinləri vəzifələrinə isə Kaxa Kuçava və David Sergeyenkonun seçiləcəyi gözlənilir.
Parlamentdə hakim partiya “Gürcü Arzusu” fraksiyası yaradıb. 90 üzvü olan fraksiyaya Mamuka Mdinaradze sədrlik edəcək.
Qeyd edək ki, 37 yaşlı A.Talakvadze hakim Gürcü Arzusu Partiyasının seçki siyahısında II yerdə olub. O, 2019-cu ilin iyunundan bu ilin oktyabrın 1-dək spiker vəzifəsini tutub.