Gürcüstan parlamentinin sədri Şalva Papuaşvilinin başçılıq etdiyi nümayəndə heyətinin bu gün Ermənistana rəsmi səfəri başlayır.
“Report”un yerli bürosu xəbər verir ki, spiker ikigünlük səfər çərçivəsində bir sıra yüksək səviyyəli görüşlər keçirəcək.
Ş.Papuaşvilinin Ermənistan parlamentinin sədri Alen Simonyan, Prezident Vahaqn Xaçaturyan, həmçinin Baş nazir Nikol Paşinyanla görüşləri planlaşdırılıb.
Görüşlərdə iki ölkə arasında əlaqələrin gücləndirilməsi, regional məsələlər və Ermənistanla parlamentlərarası əlaqələrin dərinləşdirilməsi müzakirə olunacaq.