Gürcüstan Prezidenti ölkəsinin səfirlərinin konfransında iştirakdan imtina edib

Gürcüstan Prezidenti ölkəsinin səfirlərinin konfransında iştirakdan imtina edib Gürcüstan Prezidenti Salome Zurabişvili bu Xarici İşlər Nazirliyinin ölkənin xaricdəki səfirlərinin iştirakı ilə təşkil etdiyi konfransda protokolun tələblərininin kobud şəkildə pozulduğuna görə iştirak etməyib.
Region
26 Dekabr , 2022 16:38
Gürcüstan Prezidenti ölkəsinin səfirlərinin konfransında iştirakdan imtina edib
Salome Zurabişvili

Gürcüstan Prezidenti Salome Zurabişvili ölkəsinin xaricdəki səfirlərinin iştirakı ilə keçirilən konfransda iştirakdan imtina edib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Prezident Administrasiyası məlumat yayıb.

Qeyd olunub ki, Xarici İşlər Nazirliyinin təşkil etdiyi tədbirdə protokolun tələbləri kobud şəkildə pozulub və S.Zurabişvili bunu əsas götürərək diplomatlarla bir araya gəlməyib.

“Gürcüstan Prezidenti üçün onun statusuna uyğun yer ayırılmaması təəssüfləndiricidir”, - administrasiyadan bildirilib.

Qeyd edək ki, bu gün Gürcüstanda “Səfirlərin Konfransı - 2022” tədbirinin açılışı olub.

Tədbirdə Baş nazir İrakli Qaribaşvili, xarici işlər naziri İlya Darçiaşvili və parlamentin sədri Şalva Papuaşvili çıxış ediblər. Konfransda Gürcüstanın xarici ölkələrdəki səfirləri iştirak edirlər.

Son xəbərlər

Orphus sistemi