Gürcüstan prezidenti Salome Zurabişvili özünütəcrid rejiminə keçib.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Prezident Administrasiyası məlumat yayıb.
Bildirilib ki, dövlət başçısına vaksinin ilk dozasının vurulmasına baxmayaraq, risklər mövcuddur: "Mövcud protokola uyğun olaraq prezident PCR testdən keçirilir".
Qeyd edək ki, S.Zurabişviliyə koronavirus əleyhinə peyvəndin ilk dozası martın 18-də vurulub.