Gürcüstan prezidenti və baş naziri parlament seçkilərinin ikinci turunda səs verib

Gürcüstan prezidenti və baş naziri parlament seçkilərinin ikinci turunda səs verib İkinci tur ilk turun nəticələrini tanımayan müxalifətin boykotu fonunda keçirilir
Region
21 Noyabr , 2020 11:33
Gürcüstan prezidenti və baş naziri parlament seçkilərinin ikinci turunda səs verib

Gürcüstan prezidenti Salome Zurabişvili şənbə günü parlament seçkilərinin ikinci turunda səs verib.

“Report” TASS-a istinadən xəbər verir ki, bununla bağlı kadrlar Gürcüstanın İctimai televiziyasında canlı yayımlanıb.

“Bütün Gürcüstan kimi, mən də bunu çox effektli, işgüzar, çoxpartiyalı parlament olacağına ümid edirəm. Bu, doqquz partiyaya səs verən gürcüstanlı seçicinin qərarıdır. Hesab edirəm ki, hamımız seçiciyə hörmət etməliyik”, - S.Zurabişvili deyib.

O, Gürcüstanın hakim Gürcü Arzusu - Demokratik Gürcüstan Partiyasından Beka Odişariyanın namizəd olduğu Tbilisinin Mtatsminda-Krtsanisi rayonununda səs verib. Bundan əvvəl Gürcüstanın baş naziri Giorgi Qaxaria da eyni rayonda səs vermişdi. Tbilisinin meri Kaxa Kaladze də seçimini edib. O, keçmiş səhiyyə naziri David Sergeyenkonun hakim partiyanı təmsil etdiyi paytaxtın Saburtalo rayonunda səs verib.

Gürcüstan baş naziri Giorgi Qaxaria da parlament seçkilərinin ikinci turunda səs verib. Bu barədə hökumətin mətbuat xidməti məlumat yayıb.

Bu gün Gürcüstanda 30 birmandatlı seçki dairəsindən 17-də parlament seçkilərinin ikinci turu keçirilir ki, bunlardan da səkkizi Tbilisidə yerləşir. Birinci tur oktyabrın 31-də baş tutmuşdu. İkinci tur ilk turun nəticələrini tanımayan müxalifətin boykotu fonunda keçirilir.

Son xəbərlər

Orphus sistemi