Gürcüstan regional siyasətinin gələcək prioritetlərini açıqladı 

Gürcüstan regional siyasətinin gələcək prioritetlərini açıqladı  Gürcüstan bölgədə tarazlı siyasət aparmaq və qarşılıqlı faydalı tərəfdaşlığın gücləndirilməsi üçün fəal səylər göstərəcək
Region
19 Fevral , 2021 23:47
Gürcüstan regional siyasətinin gələcək prioritetlərini açıqladı 

Gürcüstan bölgədə tarazlı siyasət aparmaq və qarşılıqlı faydalı tərəfdaşlığın gücləndirilməsi üçün fəal səylər göstərəcək.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın yeni hökumətinin 2021-2024-cü illər üçün proqramında bildirilib.

Parlamentə təqdim olunan sənəddə qeyd olunub ki, Gürcüstan regional əməkdaşlığın fəallaşdırılmasına xüsusi diqqət ayıracaq, bu kontekstdə tərəfdaş ölkələrlə strateji və siyasi, həmçinin sektorlararası əməkdaşlığı dərinləşdiriləcək.

Proqramda Gürcüstanın dövlət sərhədlərinin delimitasiya və demarkasiyası prosesinin milli maraqlar, strateji tərəfdaşlıq və mehriban qonşuluq münasibətlərinə uyğun olaraq davam etdiriləcəyi də vurğulanıb.

Növbəti illərdə Gürcüstan üçün sürətlə dəyişən geosiyasi çağırışlar fonunda regional beynəlxalq təşkilatlarda fəal iştirak xüsusi əhəmiyyət kəsb edəcək.

Son xəbərlər

Orphus sistemi