Gürcüstan və Aİ arasında vizasız rejimin qüvvəyə minməsindən 4 il ötür

Gürcüstan və Aİ arasında vizasız rejimin qüvvəyə minməsindən 4 il ötür Gürcüstan vətəndaşları Şengen zonasında 90 gün vizasız qala bilirlər
Region
28 Mart , 2021 10:25
Gürcüstan və Aİ arasında vizasız rejimin qüvvəyə minməsindən 4 il ötür
0 : 00
0 : 00

Bu gün Avropa İttifaqı (Aİ) və Gürcüstan arasında vizasız rejimin qüvvəyə minməsindən 4 il ötür.

“Report”un yerli bürosu xəbər verir ki, 2017-ci ilin mart ayının 28-dən etibarən Gürcüstan vətəndaşları Şengen zonasında 180 gün müddətində maksimum 90 gün vizasız qala bilirlər.

Qısamüddətli səfərlər turizm, ailə üzvləri və ya qohumların ziyarəti, işgüzar görüşlər, təhsil proqramları və ya kurslar, mədəni və yaxud elmi tədbirlərdə iştirak, müalicə və digər bu kimi məqsədlərlə həyata keçirilə bilər.

Vizasız rejim Aİ ölkələrinə təhsil, iş və ya digər məqsədlər üçün uzunmüddətli səfərlərə şamil olunmur.

Gürcüstanın Xarici İşlər Nazirliyindən bildirilib ki, vətəndaşların Avropa ölkələrinə vizasız səfər etmələri böyük siyasi əhəmiyyətə malikdir, belə ki, bununla Gürcüstan Avropa ailəsinə daha yaxın olmaqla Aİ tərəfindən etibarlı və layiqli tərəfdaş kimi tanınıb.

Son xəbərlər

Orphus sistemi