Gürcüstanın Milli Təhlükəsizlik Şurasının Aparat rəhbəri Kaxaber Kemoklidze Türkiyənin bu ölkədəki səfiri Fatma Ceren Yazqanla tanışlıq görüşü keçirib.
“Report”un Gürcüstan bürosu xəbər verir ki, görüşdə xanım səfirə şura və aparatın fəaliyyəti, həyata keçirilən strateji layihələr barədə məlumat təqdim olunub.
Görüşdə tərəflər bölgədə təhlükəsizlik mühiti və mövcud çağırışları müzakirə ediblər.
Söhbət zamanı Gürcüstanın strateji tərəfdaşı olan Türkiyə ilə əməkdaşlığın və iki ölkə arasında dostluq münasibətlərinin önəmi vurğulanıb.
Tərəflər Türkiyə səfirliyi və Milli Təhlükəsizlik Şurasının Aparatı arasında əməkdaşlığın dərinləşdirilməsi perskepktivlərini də nəzərdən keçiriblər.