Gürcüstan və Türkiyə regionda sabitlik məsələlərini müzakirə ediblər  

Gürcüstan və Türkiyə regionda sabitlik məsələlərini müzakirə ediblər   Regionda uzunmüddətli inkişaf və tərəqqi üçün sülh və sabitlik ilkin şərt olaraq qalır.
Region
16 İyun , 2022 13:51
Gürcüstan və Türkiyə regionda sabitlik məsələlərini müzakirə ediblər  

Regionda uzunmüddətli inkişaf və tərəqqi üçün sülh və sabitlik ilkin şərt olaraq qalır.

“Report”un yerli bürosu xəbər verir ki, bu fikirlər Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin Türkiyənin bu ölkədəki səfiri Fatma Ceren Yazqanla keçirdiyi görüşdə ifadə olunub.

Tərəflər reiondakı vəziyyət, sülh və sabitliyin qorunub saxlanılmasının əhəmiyyəti barədə fikir mübadiləsi aparıblar. İ.Qaribaşvilinin “Cənubi Qafqazda Dinc Qonşuluq” təşəbbüsü də müzakirə edilib. Vurğulanıb ki, Gürcüstan hər zaman bölgədə dinc əməkdaşlıq və birgəyaşayışın tərəfdarı olub və regional dialoqa töhfə verməyə hazırdır.

Görüşdə Gürcüstan və Türkiyə arasında mehriban qonşuluq münasibətləri və strateji tərəfdaşlığın gələcək inkişafı məsələlərinin də müzakirəsi aparılıb. Qeyd edilib ki, mövcud regional layihələr iki ölkə arasında effektiv strateji və etibarlı tərəfdaşlığın bariz nümunəsidir.

İ.Qaribaşvili səlahiyyət müddəti başa çatmaqda olan diplomata Türkiyə ilə Gürcüstan arasında strateji tərəfdaşlığın inkişafı üçün səylərə görə təşəkkür edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Son xəbərlər

Orphus sistemi