Gürcüstanın Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Giorgi Matiaşvili NATO-nun Hərbi Komitəsinin toplantısı çərçivəsində türkiyəli həmkarı ordu generalı Yaşar Gülərlə görüşüb.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Müdafiə Nazirliyindən bildirilib.
Alyansın Brüsseldəki mənzil qərargahında baş tutan görüşdə G.Matiaşvili Türkiyə tərəfinə Gürcüstanla sıx əməkdaşlığa və ölkənin Müdafiə Qüvvələrinin inkişafına onilliklər ərzində göstərilən dəstəyə görə minnətdarlığını ifadə edib.
Tərəflər bildiriblər ki, hərbi təlimlərdə birgə iştirak Gürcüstan və Türkiyə müdafiə qüvvələrinin döyüş hazırlığını əhəmiyyətli dərəcədə artırır və qarşılıqlı əlaqəni gücləndirir.
Baş Qərargah rəisləri əməkdaşlığın dərinləşdirilməsi perspektivləri ətrafında da fikir mübadiləsi aparıblar.