Gürcüstan XİN: “Türkiyə ilə fəal əməkdaşlıq davam etdiriləcək”  

Gürcüstan XİN: “Türkiyə ilə fəal əməkdaşlıq davam etdiriləcək”   Gürcüstan-Türkiyə münasibətlərinin bundan sonra da inkişafı üçün fəal əməkdaşlıq davam etdiriləcək.
Region
7 Aprel , 2022 15:54
Gürcüstan XİN: “Türkiyə ilə fəal əməkdaşlıq davam etdiriləcək”  

Gürcüstan-Türkiyə münasibətlərinin bundan sonra da inkişafı üçün fəal əməkdaşlıq davam etdiriləcək.

“Report”un yerli bürosu xəbər verir ki, bu, Gürcüstanın xarici işlər naziri İlya Darçiaşvilinin türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə Brüsseldə NATO XİN başçılarının toplantısı çərçivəsində keçirdiyi görüşdə bildirilib.

Tanışlıq görüşündə iki ölkə arasında sıx dostluq və strateji tərəfdaşlıq münasibətləri vurğulanıb.

Türkiyənin Gürcüstanın Avroatlantik inteqrasiyası, suverenliyi və ərazi bütövlüyünə qətiyyətli dəstəyi ifadə olunub.

Görüşdə Ukraynadakı böhran və regionda təhlükəsizlik mühiti də müzakirə olunub. Nazirlər bu istiqamətdə danışıqlar prosesində Türkiyənin xüsusi rolunu və Ankaranın gələcək səylərini vurğulayıblar.

XİN başçıları yüksək səviyyələrdə səfərlərin mübadiləsinin və Gürcüstan-Türkiyə Strateji Əməkdaşlıq Şurasının toplantısının təşkilinə hazırlıq ifadə ediblər.

Müzakirələr zamanı iki ölkə arasında uğurlu ticari-iqtisadi əlaqələrə də toxunulub, bu sahədə əməkdaşlığın dərinləşdirilməsinin zəruriliyi qeyd olunub.

M.Çavuşoğlu gürcü həmkarına gələcək fəaliyyətində uğurlar arzulayıb.

Son xəbərlər

Orphus sistemi