Sentyabrın 15-dən etibarən Gürcüstana yollanacaq xarici ölkə vətəndaşları 72 saat qüvvədə olacaq PCR testinin nəticəsini təqdim etməli olacaqlar.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin baş naziri Giorgi Qaxaria bildirib.
O deyib ki, bu barədə qərar Gürcüstan vətəndaşları və əcnəbilərin sağlamlığını sığortalamaq məqsədilə qəbul olunub.