Gürcüstanın Kutaisi şəhərində koronavirusa yoluxan 101 yaşlı qadın sağalıb.
“Report”un yerli bürosu xəbər verir ki, uzunömürlü noyabrın 20-dən xəstəxanada müalicə olunub.
Qadında yüksək temperatur və ikitərəfli pnevmoniya olub.
Pasiyent yaxın günlərdə evə yazılacaq.