“Biz Avropa İttifaqına inteqrasiya məsələləri üzrə dövlət naziri vəzifəsi və aparatının dərhal yaradılmasını təklif edirik”.
“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstan parlamentində illik hesabatla çıxış edən Prezident Salome Zurabişvili deyib.
Onun sözlərinə görə, aparatın əməkdaşları müxalifət cəbhəsindən seçilə bilər.
S.Zurabişvili qeyd edib ki, dövlət nazirinin əsas vəzifəsi Aİ-yə üzvlüklə bağlı tələblərin yerinə yetirilməsini koordinasiya etməkdən ibarət olacaq.