Gürcüstanda 8 aylıq körpənin ölümünə səbəb olan ata saxlanılıb - YENİLƏNİB

Gürcüstanda 8 aylıq körpənin ölümünə səbəb olan ata saxlanılıb - YENİLƏNİB Yerli sakinlər həmin ailədə münaqişələrin tez-tez baş verdiyini bildiriblər
Region
9 Mart , 2021 12:55
Gürcüstanda 8 aylıq körpənin ölümünə səbəb olan ata saxlanılıb - YENİLƏNİB

Gürcüstanda 8 aylıq körpənin ölümünə səbəb olan atası 1985-ci il təvəllüdlü şəxs saxlanılıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyindən bildirilib.

İstintaqla müəyyən olunub ki, saxlanılan şəxs ailə münaqişəsi zamanı 1996-cı il təvəllüdlü həyat yoldaşına fiziki təzyiq göstərib. Nəticədə qadının qucağında saxladığı 2020-ci il təvəllüdlü körpə huşunu itirərək dünyasını dəyişib.

Uşağın ölüm səbəbinin müəyyən edilməsi üçün müvafiq ekspertiza aparılır.

Ailə zorakılığı faktı ilə bağlı istintaq tədbirləri davam etdirilir.

12:18

Gürcüstanın Kaxeti bölgəsinin Qurcaani bələdiyyəsində 8 aylıq körpə ölüb.

“Report”un yerli bürosu xəbər verir ki, ötən gecə baş vermiş hadisəyə uşağın valideynləri arasındakı münaqişə səbəb olub.

Yayılan məlumatlara əsasən, kişi həyat yoldaşına fiziki təzyiq göstərib. Nəticədə ananın qucağında olan körpə asfiksiyadan dünyasını dəyişib.

Yerli sakinlər həmin ailədə münaqişələrin tez-tez baş verdiyini bildiriblər.

Faktla bağlı istintaq tədbirləri həyata keçirilir.

Son xəbərlər

Orphus sistemi