Gürcüstan parlamenti “Amnistiya haqqında” qanunu III oxunuşda qəbul edib.
“Report”un yerli bürosu xəbər verir ki, 83 deputat aktın lehinə səs verib.
Qanuna əsasən, amnistiya ötən il dekabrın 11-dək Cinayət Məcəlləsinin 80-ə yaxın maddəsi üzrə ağır olmayan cinayət törətmiş şəxslərə şamil ediləcək. Məhkəmələr əfv olunacaq bütün şəxslərin işlərinə yenidən baxacaq.
Amnistiya aktı ilə 1 500-dən çox məhbus azadlığa buraxılacaq.
Qanun qüvvəyə mindiyi gündən bir ay ərzində tətbiq olunmalıdır.