Gürcüstanda azərbaycandilli məktəbin binası bərpa olunur

Gürcüstanda azərbaycandilli məktəbin binası bərpa olunur İşlərin həyata keçirilməsi üçün 2,4 milyon lari vəsait ayrılıb
Region
17 Fevral , 2021 17:26
Gürcüstanda azərbaycandilli məktəbin binası bərpa olunur

Gürcüstanın Qardabani rayonunun azərbaycanlılar yaşayan Candar kəndinin ictimai məktəbi bərpa olunur.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə rayon bələdiyyəsindən bildirilib.

Qardabani meri Ramaz Budaqaşvili bələdiyyənin rəsmi şəxsləri ilə birgə tikinti-bərpa işləri ilə tanış olub.

Layihə çərçivəsində azərbaycandilli təhsil müəssisəsinin interyer və eksteryeri tam bərpa olunacaq, idman meydançası da qurulacaq. İşlərin həyata keçirilməsi üçün 2,4 milyon lari vəsait ayrılıb.

Bu il ərzində Bələdiyyələrin İnkişafı Fondunun dəstəyi ilə Qardabanidə 4 məktəbin binası bərpa olunacaq.

Son xəbərlər

Orphus sistemi