2020-ci ildə Gürcüstanda azərbaycanlıların sıx yaşadıqları Kvemo Kartli (Borçalı) bölgəsində təbii artım 638 nəfər təşkil edib.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin hesabatında bildirilib.
İllik müqayisədə bölgədə təbii artım 835 nəfər və ya 56,6% azalıb.
Ötən il Kvemo Kartli bölgəsində 1 740 nikah, 705 boşanma halı qeydə alınıb.
Hesabat ilində Gürcüstanda mənfi təbii artım 4 017 nəfər təşkil edib. Qonşu ölkədə nikahların ümumi sayı 16 359, boşanmaların ümumi sayı isə 7 643 olub.