Gürcüstanda banka basqın terror aktı kimi qiymətləndirilib

Gürcüstanda banka basqın terror aktı kimi qiymətləndirilib Gürcüstanda oktyabrın 21-də Zuqdidi şəhərində Gürcüstan Bankının filialına silahlı basqın və 43 nəfərin girov götürülməs ilə bağlı istintaq terrorçuluq maddəsi üzrə aparılır.
Region
27 Oktyabr , 2020 13:20
Gürcüstanda banka basqın terror aktı kimi qiymətləndirilib

Gürcüstanda oktyabrın 21-də Zuqdidi şəhərində Gürcüstan Bankının filialına silahlı basqın və 43 nəfərin girov götürülməsi ilə bağlı istintaq terrorçuluq maddəsi üzrə aparılır.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyindən bildirilib.

Qeyd olunub ki, basqınçının şəxsiyyəti müəyyən edilib və həmin şəxs 1988-ci il təvəllüdlü Badri Esebuadır.

Onun saxlanılması üzrə istintaq tədbirləri davam etdirilir. Ötən gün B.Esebuanın və qohumlarının evində axtarışlar aparılıb.

Son xəbərlər

Orphus sistemi