“Konkret səfirliklərin nümayəndələri Gürcüstanı Rusiyaya qarşı ikinci cəbhə açmağa və sonra partizan müharibəsi aparmağa çağırıblar”.
“Report” xəbər verir ki, bunu Gürcüstanın hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasının baş katibi, Tbilisinin meri Kaxa Kaladze “İmedi” telekanalına müsahibəsində deyib.
“Konkret səfirliklərin nümayəndələri birbaşa bizi Rusiya ilə müharibəyə başlamağa çağırdılar. Bir müddət dayandıq və o zaman nə olacaq sualını verəndə onların cavabı heyrətləndirici oldu. Nümayəndələrin fikrinə görə, biz partizan müharibəsinə keçməli idik”, - deyə o qeyd edib.