Gürcüstanda “Amnistiya haqqında” qanun layihəsi hazırlanıb.
“Report”un yerli bürosu xəbər verir ki, sənəddə bu ilin dekabrın 11-dək cinayət məsuliyyətinə cəlb olunan və müvafiq cəza alan şəxslərin azadlığa buraxılması nəzərdə tutulub.
Layihədə qətl və ailə zorakılığı kimi cinayətlər yer almayıb. Qanun layihəsi oğurluq, saxtakarlıq, əmlaka ziyan vurma, bəzi bədən xəsarətlərinin yetirilməsi də daxil olmaqla ümumilikdə 44 qanun pozuntusunu əhatə edir.
Təşəbbüs narkotik vasitələrin satışına görə həbs cəzası çəkən və ömürlük azadlıqdan məhrum edilmiş şəxslərə şamil olunmur.