Gürcüstanda Britaniya ştammının yayılması 50-60 % təşkil edir

Gürcüstanda Britaniya ştammının yayılması 50-60 % təşkil edir “Gürcüstanda digər ştammlara yoluxma faktı təsdiqlənməyib”
Region
12 Aprel , 2021 15:07
Gürcüstanda Britaniya ştammının yayılması 50-60 % təşkil edir

“Gürcüstanda koronavirusa yoluxma hallarının 50-60 faizində Britaniya ştammı aşkarlanıb”.

“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze deyib.

Onun müavini Paata İmadzenin sözlərinə görə, Britaniya ştammını virusun mutasiya etmiş digər növlərindən fərqləndirən cəhət insandan insana daha tez ötürülməsidir.

İnfeksionist qeyd edib ki, Gürcüstanda digər ştammlara yoluxma faktı təsdiqlənməyib.

Son xəbərlər

Orphus sistemi