Gürcüstanda Çin peyvəndi ilə vaksinasiyaya başlanılıb

Gürcüstanda Çin peyvəndi ilə vaksinasiyaya başlanılıb Gürcüstanda koronavirus əleyhinə vaksinasiya prosesinə Çin istehsalı olan “Sinopharm” peyvəndi əlavə olunub
Region
4 May , 2021 09:43
Gürcüstanda Çin peyvəndi ilə vaksinasiyaya başlanılıb

Gürcüstanda koronavirus əleyhinə vaksinasiya prosesinə Çin istehsalı olan “Sinopharm” peyvəndi əlavə olunub.

“Report”un yerli bürosu xəbər verir ki, preparatın tətbiqi ilə peyvəndlənmə bu gündən 33 tibb müəssisəsində aparılacaq, sabahdan isə daha 44 müəssisə prosesə əlavə ediləcək.

İlk peyvənd Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri, baş epidemioloq Amiran Qamkrelidzeyə vurulub.

Çin preparatı ilə vaksinasiyada 18 yaşdan yuxarı şəxslər iştirak edə biləcəklər. Aprelin 27-dən bu günədək “Sinopharm” vurdurmaq üçün 17 613 vətəndaş qeydiyyatdan keçib.

Qeyd edək ki, Gürcüstanda martın 15-dən başlanılan peyvəndlənmədə “Pfizer” və “AstraZeneca” vaksinlərindən istifadə olunur. İndiyədək 45 mindən çox şəxs peyvəndlənmədən keçib. Qonşu ölkə ötən ay Çindən 100 min doza “Sinopharm” və 100 min doza “Sinovac” preparatı əldə edib.

Son xəbərlər

Orphus sistemi