Gürcüstanda ötən sutkada daha 2 783 nəfərin koronavirusa yoluxduğu müəyyən edilib.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.
Məlumata əsasən, daha 32 nəfər vəfat edib, 5 450 nəfər isə müalicə olunaraq sağalıb.
Hazırkı dövrədək qonşu ölkədə COVID-19 infeksiyası 1 629 065 nəfərdə aşkarlanıb. Onların 1 568 064-ü sağalıb, 16 430-u isə ölüb.