Gürcüstanda ötən sutka ərzində koronavirusa 817 yeni yoluxma faktı təsdiqlənib.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.
Məlumata əsasən, daha 3 017 nəfər müalicə olunaraq sağalıb, 3 nəfər vəfat edib.
Hazırkı dövrədək qonşu ölkədə COVID-19-a 1 644 112 nəfər yoluxub. Onların 1 604 595-i sağalıb, 16 681-i isə ölüb.