Gürcüstanda COVID-19-a yoluxmaların yarısı “Omikron”nun payına düşür

Gürcüstanda COVID-19-a yoluxmaların yarısı “Omikron”nun payına düşür Gürcüstanda COVID-19-a yoluxma hallarının yarısı “Omikron”un payına düşür. Belə ki, indiyədək Gürcüstanda 1 200 nəfərin koronavirusun “Omikron” ştamına yoluxduğu müəyyən edilib.
Region
18 Yanvar , 2022 11:26
Gürcüstanda COVID-19-a yoluxmaların yarısı “Omikron”nun payına düşür

Gürcüstanda COVID-19-a yoluxma hallarının yarısı “Omikron”un payına düşür. Belə ki, indiyədək Gürcüstanda 1 200 nəfərin koronavirusun “Omikron” ştamına yoluxduğu müəyyən edilib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin səhiyyə nazirinin müavini Tamar Qabuniya brifinqdə məlumat verib.

Onun sözlərinə görə, yeni ştama yoluxanların yalnız 14-ü xəstəxanaya yerləşdirilib və bu, aşağı göstərici hesab olunur: “Omikron”a yoluxanların əksəriyyəti tam vaksin olunanlardır və hospitalizasiya səviyyəsinin aşağı olması bununla izah edilir”.

Qeyd edək ki, Gürcüstanda “Omikron”a ilk yoluxma faktı ötən il dekabrın 20-də təsdiqlənib.

Son xəbərlər

Orphus sistemi