Gürcüstanda son sutkada koronavirusa 193 yeni yoluxma faktı təsdiqlənib, 40 pasiyent sağalaraq evə buraxılıb, 1 nəfər isə vəfat edib.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.
Bununla da qonşu ölkədə COVID-19-a ümumi yoluxma sayı 3 695-ə, sağalanların sayı isə 1 534-ə çatıb. Xəstəlikdən vəfat edənlərin sayı isə 20 olub.
Hazırda ölkə üzrə karantin zonalarında 4 988, tibbi nəzarətdə isə 836 nəfər saxlanılır.