Gürcüstanda son sutkada daha 273 nəfərin koronavirusa yoluxduğu müəyyən edilib, 577 nəfər müalicə olunaraq sağalıb.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.
Məlumata əsasən, daha 1 nəfər vəfat edib.
Hazırkı dövrədək qonşu ölkədə COVID-19 infeksiyası 1 650 981 nəfərdə aşkarlanıb. Onların 1 630 564-ü sağalıb, 16 766-sı isə ölüb.