Gürcüstanda ötən sutkada daha 1 576 nəfərdə koronavirus aşkarlanıb, 29 pasiyent vəfat edib.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.
Qonşu ölkədə COVID-19-a yoluxanların ümumi sayı 329 407, ümumi ölüm sayı isə 4 426 təşkil edir.
Son 24 saat ərzində xəstəlikdən sağalanların sayı 584 nəfər artaraq, 307 918-ə yüksəlib.