Gürcüstanda son sutka ərzində daha 3 542 nəfərin koronavirusa yoluxduğu müəyyən olunub, 64 pasiyent vəfat edib.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.
Hazırkı dövrədək qonşu ölkədə COVID-19 infeksiyası 886 364 nəfərdə aşkarlanıb, onların 12 695-i dünyasını dəyişib.
Ötən 24 saat ərzində müalicə olunaraq sağalanların sayı 2 234 nəfər artaraq 827 676 olub.