Gürcüstanda son sutkada koronavirusa 376 yeni yoluxma faktı qeydə alınıb, 4 nəfər vəfat edib.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.
Məlumata əsasən, daha 234 nəfər müalicə olunaraq sağalıb.
Hazırkı dövrədək qonşu ölkədə COVID-19 infeksiyası 1 650 384 nəfərdə aşkarlanıb. Onların 1 629 266-sı sağalıb, 16 765-i isə ölüb.