Gürcüstanda son sutkada koronavirusa 392 yeni yoluxma halı qeydə alınıb.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.
Məlumata əsasən, daha 131 nəfər müalicə olunaraq sağalıb, 2 nəfər vəfat edib.
Hazırkı dövrədək qonşu ölkədə COVID-19 infeksiyasına 1 651 969 nəfər yoluxub. Onların 1 631 846-sı sağalıb, 16 779-u isə ölüb.