Gürcüstanda ötən sutka ərzində daha 578 nəfərin koronavirusa yoluxduğu müəyyən edilib, 3 nəfər ölüb.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.
Son bir gündə daha 389 nəfər müalicə olunaraq sağalıb.
Pandemiya başlayandan bu günədək qonşu ölkədə COVID-19-a 1 650 008 nəfər yoluxub. Onların 1 629 032-si sağalıb, 16 761-i isə vəfat edib.