Gürcüstanda son həftə ərzində koronavirusa 586 yeni yoluxma halı qeydə alınıb.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib.
Mayın 16-dan 22-dək olan müddətdə daha 605 nəfər müalicə olunaraq sağalıb, 5 nəfər isə ölüb.
Qonşu ölkədə indiyədək COVID-19 infeksiyasına 1 657 154 nəfər yoluxub. Onların 1 639 674-ü sağalıb, 16 827-si vəfat edib.