Gürcüstanda son sutkada koronavirusa 658 yeni yoluxma faktı qeydə alınıb.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.
Məlumata əsasən, daha 3 478 nəfər müalicə olunaraq sağalıb, 6 nəfər vəfat edib.
Hazırkı dövrədək qonşu ölkədə COVID-19 infeksiyası 1 645 959 nəfərdə aşkarlanıb. Onların 1 615 166-sı sağalıb, 16 704-ü isə ölüb.