Gürcüstanda daha bir neçə məhdudiyyət aradan qaldırılır

Gürcüstanda daha bir neçə məhdudiyyət aradan qaldırılır Stadiona tamaşaçıların 30 %-i buraxılacaq
Region
18 Mart , 2021 15:11
Gürcüstanda daha bir neçə məhdudiyyət aradan qaldırılır

Martın 19-dan etibarən Gürcüstanda restoranlarda canlı musiqinin ifasına icazə veriləcək.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə qərar Gürücüstanın Dövlət Qurumlararası Koordinasiya Şurasının toplantısında qəbul edilib.

Qərara əsasən, aprelin 1-dən uşaq əyləncə mərkəzləri və kinoteatrlar fəaliyyətlərini bərpa edəcəklər.

Şuranın digər qərarı ilə martın 28-də Gürcüstan və İspaniyanın milli futbol komandaları arasında keçiriləcək matça tamaşaçılar buraxılacaq. Azarkeşlər epidemioloji təhlükəsizliklə bağlı bütün qayda və tələblərə əməl etməli olacaqlar. Stadiona tamaşaçıların 30 %-i buraxılacaq.

Son xəbərlər

Orphus sistemi