Gürcüstanda COVID-19-un “delta plyus” ştamına 10-a yaxın yoluxma halı təsdiqlənib.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbər müavini Paata İmnadze məlumat verib.
Onun sözlərinə görə, Tbilisi və Batumi şəhələrində yoluxma faktlarının, təxminən, 100 %-i, Gürcüstan üzrə isə 80 %-i “delta” ştamına aiddir.
İnfeksionist hər kəsi təcili olaraq peyvənd vurdurmağa çağırıb.