Son günlər Gürcüstanda ABŞ dollarının milli valyuta olan lariyə münasibətdə bahalaşması tendensiyası müşahidə olunur.
“Report”un yerli bürosu xəbər verir ki, Gürcüstanın Milli Bankı sentyabrın 16-na 1 ABŞ dollarının dəyərini 3,1546 lari səviyyəsində müəyyən edib.
Bugünkü məzənnə ilə müqayisədə ABŞ dollarının qiymətində 0,0238 lari bahalaşma qeydə alınıb.
Qonşu ölkədə avronun da dəyəri artmağa başlayıb. Sabah bu xarici valyuta günlük müqayisədə 0,0343 lari artaraq 3,7521 lari təşkil edəcək.