Gürcüstanda epidemioloji durumun kəskin ağırlaşacağı gözlənilir

Gürcüstanda epidemioloji durumun kəskin ağırlaşacağı gözlənilir Gürcüstanda yaxın iki həftə ərzində epidemioloji vəziyyətin kəskin pisləşəcəyi gözlənilir.
Region
10 Yanvar , 2022 14:01
Gürcüstanda epidemioloji durumun kəskin ağırlaşacağı gözlənilir

Gürcüstanda yaxın iki həftə ərzində epidemioloji vəziyyətin kəskin pisləşəcəyi gözlənilir.

“Report”un yerli bürosu xəbər verir ki, qonşu ölkədə koronavirusa yoluxma hallarında ciddi artım proqnozlaşdırılır.

Epidemioloqların fikrincə, yanvar ayının sonunda Gürcüstanda “Omikron” ştamının yayılması pik həddə çatacaq.

Hazırda ölkənin xəstəxana sektoru həddindən artıq yüklənmə və çox sayda pasiyent axınına hazırlaşır.

Gürcüstanda cari epidemioloji vəziyyəti şərh edən səhiyyə naziri Zurab Azaraşvili bildirib ki, səhiyyə sistemi tam səfərbər olunub və yüklənməyə hazırdır. O qeyd edib ki, bir neçə həftədən sonra COVID-19-un müalicəsində effektiv olan əlavə “Pfizer” və “Merk” dərmanları tədarük ediləcək.

Qeyd edək ki, pandemiya başlayandan qonşu ölkədə koronavirusa 962 827 yoluxma faktı qeydə alınıb. Yoluxanların 913 528-i müalicə olunaraq sağalıb, 14 218-i isə vəfat edib. Ötən ilin dekabrın 20-dən indiyədək “Omikron” ştamı 816 nəfərdə aşkarlanıb.

Son xəbərlər

Orphus sistemi