Gürcüstanda tədris prosesinin siniflərdə oktyabrın 4-də başlayacağı gözlənilir.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Ekaterine Tikaradze məlumat verib.
O, Gürcüstanda epidemioloji vəziyyətlə bağlı müsbət dəyişikliklərin müşahidə olunduğunu bildirib.
Nazir əlavə edib ki, müəllimlər arasında yüksək vaksinasiya göstəricisi Tbilisi, Raça və Acarıstan bölgələrində qeydə alınıb, Kvemo Kartli, Samtsxe Cavaxeti və Kaxeti regionlarında isə peyvənd olunan təhsil işçilərinin sayı azdır.
Qeyd edək ki, qonşu ölkədə yeni dərs ilinə sentyabrın 15-də start veriləcək, tədris prosesi oktyabrın 4-dək distant formada aparılacaq.