Gürcüstanda “Gürcü Arzusu” və “Xalqın Gücü” partiyaları parlament seçkilərinə vahid siyahı ilə qatılacaq

Gürcüstanda “Gürcü Arzusu” və “Xalqın Gücü” partiyaları parlament seçkilərinə vahid siyahı ilə qatılacaq Gürcüstanın hakim “Gürcü Arzusu” və “Xalqın Gücü” partiyaları parlament seçkilərində vahid siyahı ilə iştirak edəcək.
Region
16 İyul , 2024 21:52
Gürcüstanda “Gürcü Arzusu” və “Xalqın Gücü” partiyaları parlament seçkilərinə vahid siyahı ilə qatılacaq

Gürcüstanın hakim “Gürcü Arzusu” və “Xalqın Gücü” partiyaları parlament seçkilərində vahid siyahı ilə iştirak edəcək.

"Report"un yerli bürosu xəbər verir ki, bu barədə “Gürcü Arzusu”nun icraçı katibi Mamuka Mdinaradze partiyanın seçki kampaniyasının və yeni mərkəzi ofisinin açılışında bildirib.

Onun sözlərinə görə, "Xalqın Gücü" ictimai hərəkat olaraq 2022-ci ildə "Gürcü Arzusu"nun deputatları tərəfindən yaradılıb.

2024-cü ilin mart ayında “Xalqın Gücü” hərəkatı partiyaya çevrilərək parlament seçkilərində iştirak etmək planlarını açıqlayıb. O, ABŞ və digər Qərb tərəfdaşlarını tənqid etməkdə tanınır.

Son xəbərlər

Orphus sistemi