Gürcüstanda pandemiya səbəbindən tətbiq olunan məhdudiyyətlər şənbə-bazar günləri qüvvədə saxlanılacaq.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin Baş naziri Giorgi Qaxariya bildirib.
Hökumət başçısının sözlərinə görə, fevralın 15-dən sonra daha bir neçə məhdudiyyətin aradan götürülməsi nəzərdə tutulub.
G.Qaxariya yumşalmalara baxmayaraq, hamını məsuliyyətli olmağa və virusun yayılmaması üçün müvafiq qaydalara ciddi şəkildə əməl etməyə çağırıb.