Gürcüstanda Holokost Qurbanlarının Anım Günü təsis olunub - YENİLƏNİB

Gürcüstanda Holokost Qurbanlarının Anım Günü təsis olunub - YENİLƏNİB Gürcüstanda yanvarın 27-i Holokost Qurbanlarının Anım Günü elan olunacaq
Region
25 Mart , 2021 12:00
Gürcüstanda Holokost Qurbanlarının Anım Günü təsis olunub - YENİLƏNİB

Yanvarın 27-i Gürcüstanda Holokost Qurbanlarının Anım Günü elan olunub.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökuməti qərar qəbul edib.

Baş nazirin müavini, xarici işlər naziri David Zalkaliani bildirib ki, qərar Gürcüstanın İsraillə dostluq münasibətləri, həmçinin gürcü və yəhudi xalqları arasında çoxəsrlik əlaqələri nəzərə almaqla mühüm əhəmiyyət kəsb edir.

10:42

Gürcüstanda yanvarın 27-i Holokost Qurbanlarının Anım Günü elan olunacaq.

“Report”un yerli bürosu xəbər verir ki, məsələ Gürcüstan hökumətinin bu gün keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.

Təşəbbüslə bağlı xarici işlər naziri David Zalkaliani məruzə ilə çıxış edəcək.

Qeyd edək ki, BMT Baş Assambleyasının 2005-ci il noyabrın 1-də qəbul etdiyi qətnaməyə əsasən, hər il yanvarın 27-si Holokost qurbanlarının Beynəlxalq Anım Günü kimi qeyd olunur.

Son xəbərlər

Orphus sistemi