Gürcüstanda karantin müddəti 8 günə endirilə bilər

Gürcüstanda karantin müddəti 8 günə endirilə bilər Gürcüstanda karantin müddətinin 8 günədək qısaldılacağı gözlənilir.
Region
5 Sentyabr , 2020 14:23
Gürcüstanda karantin müddəti 8 günə endirilə bilər

Gürcüstanda karantin müddətinin 8 günədək qısaldılacağı gözlənilir.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri, baş epidemioloq Amiran Qamkrelidze bildirib. 

O, karantin müddətinin artıq 14 gündən 12 günədək azaldıldığını qeyd edib:

“Bəzi dəyişikliklər nəzərdən keçirilir. Müddətin 8 gün təşkil edəcəyi və daha sonra virusla bağlı testin aparılacağı istisna olunmur”.

Son xəbərlər

Orphus sistemi